Norveç iyun-dekabr aylarında neft hasilatını azaldacaq

Norveç iyun-dekabr aylarında neft hasilatını azaldacaq
# 30 aprel 2020 10:57 (UTC +04:00)

Norveçin Neft və Energetika Nazirliyi ölkənin neft hasilatını 2020-ci ilin iyunundan dekabradək azaldacağını açıqlayıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Norveçin Neft və Energeti naziri Tina Bru bildirib.

Onun sözlərinə görə, iyun ayında Norveç gündəlik neft hasilatını 250 min barel, 2020-ci ilin ikinci yarısında isə 134 min barel azaldacaq. Bundan əlavə, bəzi yataqlarda hasilatın başlanması 2021-ci ilə qədər təxirə salınacaq.

"Belə ki, Norveçin 2020-ci ilin dekabr ayında ümumi hasilatı şirkətlər tərəfindən əvvəlcədən planlaşdırılandan gündəlik 300 min barel az olacaq. Bu tənzimləmə cari ilin sonunda dayandırılacaq", - deyə T. Bru qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR