Novak: “Alternativ enerji mənbələri qazı əvəz edə bilməyəcək”

Novak: “Alternativ enerji mənbələri qazı əvəz edə bilməyəcək”
# 14 yanvar 2021 18:58 (UTC +04:00)

“Dünyada qaza olan tələbat uzun müddət ərzində artmağa davam edəcək və bərpa olunan enerji mənbələri onu əvəz etməyəcək”.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, dünyada enerji istehlakı artacağı üçün qaza olan tələbat da artacaq, çünki bu istehlakı təkcə bərpa olunan enerji mənbələri ilə təmin etmək mümkün olmayacaq.

“Hazırda dünya ənənəvi enerji daşıyıcılarından alternativ mənbələrinə keçid dövrü yaşayır. Müxtəlif hesablamalara görə, neft və qaza olan tələbat ən azı 10-20 ildən sonra pik həddə çata bilər”, - A.Novak əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR