Novak: "Qlobal enerji balansında neftin payı azalacaq"

Novak: "Qlobal enerji balansında neftin payı azalacaq"
# 17 iyun 2020 16:26 (UTC +04:00)

"Qlobal enerji balansında neftin payı azalacaq. Bu prosesə yeni növ koronavirusun pandemiyasının nəticələri və bərpa olunan enerji mənbələrinin rəqabət qabiliyyətinin artması təsir göstərəcək".

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Nazir bildirib ki, karbonsuz energetika bir tendensiyadır və hər kəs buna əməl edəcək. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinin səmərəliliyi artır, maya dəyəri isə azalır.

"Əlbəttə, biz enerji sənayesinin strukturunun deyişməsini yaşayacağıq. Qlobal energetikanın inkişafı ilə bağlı əvvəllər verilən proqnozlar əhəmiyyətli dərəcədə korrektə ediləcək", - deyə A. Novak qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR