"Şimal axını-2" qaz kəmərinin tikintisi yüksək hazırlıq səviyyəsindədir.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, Avropada tərəfdaşların marağını nəzərə alaraq, bu kəmərin tikintisi başa çatdırılacaq: "Əminəm ki, "Şimal axını-2" layihəsi tamamlanacaq, bu istiqamətdə tədbirlər artıq həyata keçirilir".
Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.