OPEC+ "Saudi Aramco"ya görə neft hasilatını azaltmaq niyyətindədir

OPEC+ "Saudi Aramco"ya görə neft hasilatını azaltmaq niyyətindədir
# 02 dekabr 2019 16:19 (UTC +04:00)

OPEC və onun müttəfiqləri neft hasilatının daha da azaltmaq və bununla bağlı ən azı 2020-ci ilin iyununadək qüvvədə olacaq müqavilə bağlamaq niyyətindədir.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, OPEC və OPEC+ kimi tanınan digər neft istehsalçılarının müzakirə etdiyi razılaşma gündəlik neft hasilatının əlavə 400 min barel azaldılması və bu göstəricini 1,6 mln. barelədək çatdırılmasını nəzərdə tutur.

Ekspertlər bunu Səudiyyə Ərəbistanının bazara “müsbət sürpriz” gətirməyinə cavab olaraq dəyərləndirir.

“Müsbət sürpriz” dedikdə, büdcəni tarazlaşdırmaq və "Saudi Aramco"nun səhmlərinin ilkin yerləşdirilməsini dəstəkləmək məqsədilə Ər-Riyadın neft qiymətlərinin artmasına səbəb olacaq tədbirlərin görülməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR