OPEC+ Vyanada neft hasilatının əlavə azaldılmasını nəzərdən keçirəcək

OPEC+ Vyanada neft hasilatının əlavə azaldılmasını nəzərdən keçirəcək
# 02 dekabr 2019 11:09 (UTC +04:00)

OPEC+ ölkələri növbəti iclasda gündəlik neft hasilatının əlavə 400 min barel azaldılması və bu göstəricini 1,6 mln. barelədək çatdırılması məsələsini nəzərdən keçirəcəklər.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə İraqın Neft naziri Tamir Qadban bildirib.

Onun sözlərinə görə, OPEC+ ölkələri bu həftə Vyanada keçiriləcək iclaslarda neft hasilatının azaldılması üzrə sazişin genişləndirilməsi məsələsinə baxacaq.

Qeyd edək ki, alyans ölkələri, sazişin taleyinin müzakirə ediləcəyi dekabr görüşlərinə, dekabrın 5-də OPEC + Nazirlər Monitorinq Komitəsinin iclasından başlayacaq, daha sonra OPEC Konfransı ümumi iclası ilə davam edəcəklər və dekabrın 6-da bütün OPEC+ üzv ölkələr bir araya gələcəklər.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR