OPEC+ ölkələri neft hasilatını bir qədər də azaldacaq

OPEC+ ölkələri neft hasilatını bir qədər də azaldacaq
  • Clock-gray 17:11
  • calendar-gray 06 Dekabr 2019

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzv ölkələri və OPEC+ kimi tanınan tərəfdaşları gündəlik neft hasilatını daha 500 min barel azaltmaq barədə razılığa gəliblər.

APA-Economics”in “Reuters”a istinadən verdiyi məlumata görə, bunu adı çəkilməyən mənbə deyib.

Məlumata əsasən, bundan əlavə, tərəflər OPEC üzrə gələn görüşün 2020-ci ilin 5 mart tarixində, OPEC+ üzrə isə görüşün martın 6-da keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, cümə axşamı OPEC və OPEC+ kimi tanınan tərəfdaşları (o cümlədən Azərbaycan və Rusiya – red.) Vyanada bir araya gəliblər.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada OPEC+ nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date