OPEC 2021-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb

OPEC 2021-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb
# 15 dekabr 2020 11:45 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il qlobal gündə neft tələbatının artım tempi 5,9 mln. barel təşkil edəcək, bu da ötən proqnozla müqayisədə 0,35 mln. barel azdır.

Proqnoza görə, 2021-ci ildə dünya üzrə ümumi neft tələbatı gündə 95,89 mln. barel təşkil edəcək. 2020-ci il üçün bu göstərici 89,99 mln. barel səviyyəsində proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR