"OPEC+" 2021-ci ildə qlobal kommersiya neft ehtiyatlarının azalacağını gözləyir

"OPEC+" 2021-ci ildə qlobal kommersiya neft ehtiyatlarının azalacağını gözləyir
# 03 fevral 2021 11:39 (UTC +04:00)

"OPEC+"ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Texniki Komitəsi 2021-ci ildə dünyada kommersiya neft ehtiyatlarının orta hesabla gündəlik 1,1 mln. barel azalacağını proqnozlaşdırır.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində kommersiya neft ehtiyatlarının həcminin iyun ayında orta beşillik səviyyədən aşağı olacağı gözlənilir.

Bununla yanaşı, Texniki Komitə bu ilin aprel-iyun aylarında OPEC ölkələri tərəfindən gündəlik neft hasilatının 0,5 mln. barel artırılacağını ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR