OPEC ABŞ-da şist neft hasilatının "qızıl dövrü"nün bitdiyini düşünür

OPEC ABŞ-da şist neft hasilatının "qızıl dövrü"nün bitdiyini düşünür
  • Clock-gray 10:38
  • calendar-gray 03 Dekabr 2019

Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) ABŞ-da şist neft hasilatının "qızıl dövrü"nün bitdiyini düşünürlər.

"APA-Economics"in xəbər verir ki, bu barədə "Bloomberg" təşkilatdakı mənbələrə istinadən məlumat yayıb.

Təşkilat üzvlərinin proqnozlarına əsasən, 2020-ci ildə ABŞ-da şist neft hasilatının artım tempi əvvəlki dövrlə müqayisədə yavaşlayacaq.

"Bloomberg"in qeyd etdiyi kimi, "Vitol Group" analitikləri də ABŞ-da 2019-cu ilin dekabrından 2020-ci ilin dekabrınadək gündəlik şist neft hasilatının 700 min barel artacağını gözləyir ki, bu da 2018-ci ilin sonundan 2019-cu ilin sonunadək müqayisədə 400 min barel azdır.

Ümumilikdə, "Bloomberg" vurğulayır ki, OPEC ölkələri üçün ən böyük problem ABŞ-ın şist nefti deyil, Braziliya və Norveç kimi ölkələrdə “qara qızıl” istehsalının ümumi artmasıdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date