OPEC Azərbaycanda builki maye karbohidrogenlər hasilatı üzrə proqnozunu yüksəldib

OPEC Azərbaycanda builki maye karbohidrogenlər hasilatı üzrə proqnozunu yüksəldib
# 14 yanvar 2021 16:50 (UTC +04:00)

Azərbaycanda 2020-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

Bu barədə "APA-Economics" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, 2020-ci il üzrə göstərici dekabrda təşkilat tərəfindən ötən il üçün verilən proqnoza uyğundur. Buna baxmayaraq, OPEC 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 10 min barel yüksəldib. Belə ki, proqnoza əsasən, gələn il sözügedən göstərici 730 min barel səviyyəsində olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR