OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib
  • Clock-gray 10:39
  • calendar-gray 15 Dekabr 2020

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2020-2021-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 730 min barel səviyyəsində olacaq.

OPEC-in proqnozuna görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində qalacaq.

Xatırladaq ki, dekabrın 3-ə OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.

Emil İsmayılov

Digər xəbərlər