OPEC Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni artırıb

OPEC Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni artırıb
# 14 iyul 2020 10:33 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirilməsini artırıb.

"APA-Economics"in məlumatına görə, OPEC-in illik statistik bülletenində qeyd olunub ki, 2019-cu ildə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,720 trln. kubmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 19,7% çoxdur.

Qeyd edək ki, OPEC-in qiymətləndirilmələrinə görə, 2018-ci ilin axırına Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,440 trln. kubmetr təşkil edirdi.

Hesabata əsasən, ötən il dünyada təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 1,6% artaraq 206,210 trln. kubmetr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR