OPEC Katibliyi "OPEC+"a daxil olmayan bir sıra ölkələri iclasa dəvət edib

OPEC Katibliyi "OPEC+"a daxil olmayan bir sıra ölkələri iclasa dəvət edib
# 07 aprel 2020 15:12 (UTC +04:00)

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Katibliyi neft bazarındakı vəziyyətlə bağlı video-konfrans formatında keçiriləcək görüşdə iştirak üçün ABŞ, Kanada, Norveç, Braziliya və Böyük Britaniyaya da dəvət göndərib.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS dəvətnamənin nüsxəsinə istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən ölkələr hələ iştiraklarını təsdiqləməyib.

İclasda iştirak üçün dəvət 36 ölkəyə göndərilib. Dəvət olunan siyahıda dörd qrup ölkələr var: OPEC üzvləri, kartelə üzv olmayan, lakin "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) sazişində iştirak edən ölkələr, müşahidəçi ölkələr, eləcə də əvvəllər OPEC-lə əməkdaşlıq etməyən ölkələr.

Qeyd edək ki, sözügedən iclasın keçirilməsi rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-da təyin edilib. Azərbaycanda da bu görüşə dəvət alıb.

Xatırladaq ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR