OPEC: Neft bazarı ilin ikinci yarısında sabitləşəcək

OPEC: Neft bazarı ilin ikinci yarısında sabitləşəcək
# 15 iyul 2020 10:40 (UTC +04:00)

Qlobal neft bazarı bu ilin ikinci yarısında tədricən sabitləşəcək, məhz bu zaman tələbatın artmasının başlanmasını gözləmək olar.

"APA-Economics"in məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına deyilir.

Sənəddə qeyd olunub ki, hələlik bazar dünya iqtisadiyyatına dağıdıcı təsir göstərən koronavirus böhranının təsiri altındadır. Gələn il gündəlik neftə olan tələbatın rekord dərəcədə (7 mln. barel) artımı gözlənilir. Buna baxmayaraq, ümumi tələbat yenə də böhrandan əvvəlki səviyyədən aşağı olacaq.

Məlumata əsasən, gələn il OPEC ABŞ, Braziliya, Norveç, Kanada, Avstraliya, Ekvador və Qətərdən tədarükün artırılmasını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR