OPEC: Qlobal neft ehtiyatları hasilatın azalmasına rəğmən artır

OPEC: Qlobal neft ehtiyatları hasilatın azalmasına rəğmən artır
# 11 noyabr 2020 17:53 (UTC +04:00)

Bu ilin aprel ayına dünyadakı kommersiya neft ehtiyatları pandemiya fonunda tələbatın azalması səbəbindən 1 bareldən çox artdı. "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatının azaldılması bu prosesi ləngitdi, lakin təklifin artımı davam etməkdədir.

"APA-Economics"in məlumatına görə, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Qeyd olunur ki, ehtiyatların artımı tələbatın və neft hasilatında misilsiz azalma fonunda baş verir. Belə ki, 2020-ci ilin üç rübü ərzində neftə olan tələbat illik müqayisədə gündəlik 10,7 mln. barel azalıb. Neftin tədarükü sahəsində isə azalma 5,4 mln. barel səviyyəsində olub.

"Azalmanın böyük bir hissəsi "OPEC+" razılaşması ölkələrinin payına düşüb", - hesabatda deyilir.

Hesabatda həmçinin vurğulanır ki, koronavirusun ikinci dalğası fonunda neft bazarında artan qeyri-müəyyənlik “OPEC+” ölkələri tərəfindən diqqətlə qiymətləndirilməsini tələb edir. Yeni təcrid tədbirlərinin neft istehlakına təsiri nazirlərin gələn iclasında (30 noyabr – 1 dekabr tarixlərində) qərarın verilməsi zamanı nəzərə alınacaq.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR