OPEC: Qlobal neft hasilatı avqustda 10 mln. barel azalıb

OPEC: Qlobal neft hasilatı avqustda 10 mln. barel azalıb
# 14 sentyabr 2020 17:33 (UTC +04:00)

Bu ilin avqust ayında dünya üzrə gündəlik neft hasilatı illik ifadədə 10,01 mln. barel azalaraq 89,88 mln. barelə təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sentyabr hesabatında deyilir.

"İlkin məlumatlar göstərir ki, dünya üzrə gündəlik neft hasilatı avqust ayında əvvəlki aya nisbətən 1,32 mln. barel artaraq orta hesabla 89,88 mln. barelə çatıb. Bu, ötən ilin analoji ayı ilə müqayisədə 10,01 mln. barel azdır", - hesabatda deyilir.

İlkin məlumatlara görə, qeyri-OPEC ölkələri tərəfindən avqustda gündəlik neft hasilatı 65,83 mln. barel təşkil edib. Bu, aylıq ifadədə 0,6 mln. barel çox, illik ifadədə isə 4,8 mln. barel azdır.

Qeyd edək ki, OPEC-in son hesabatında cari ilin iyul ayında dünya üzrə gündəlik neft hasilatı illik ifadədə 9,98 mln. barel azalaraq 88,75 mln. barelə bərabər olub.

Xatırladaq ki, avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barel olub. Bu, Azərbaycanın "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirilməsi deməkdir.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR