OPEC Rusiyada maye karbohidrogenlər hasilatı üzrə proqnozunu azaldıb

OPEC Rusiyada maye karbohidrogenlər hasilatı üzrə proqnozunu azaldıb
# 14 aprel 2021 16:37 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,60 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozla müqayisədə 0,06 mln. barel azdır.

Qeyd edilir ki, 2020-ci ildə Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,59 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR