OPEC Rusiyada maye karbohidrogenlər hasilatı üzrə proqnozunu yüksəldib

OPEC Rusiyada maye karbohidrogenlər hasilatı üzrə proqnozunu yüksəldib
# 12 fevral 2021 12:26 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi artırıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,22 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozla müqayisədə 10 min barel çoxdur.

Qeyd edilir ki, 2020-ci ildə Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,42 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 1,02 mln. barel azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR