OPEC Rusiyada maye karbohidrogenlər hasilatı üzrə proqnozunu yüksəldib

OPEC Rusiyada maye karbohidrogenlər hasilatı üzrə proqnozunu yüksəldib
# 12 mart 2021 10:43 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,66 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozla müqayisədə 440 min barel çoxdur.

Qeyd edilir ki, 2020-ci ildə Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,59 min barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR