"OPEC+" avqustda gündəlik neft hasilatını 8,2 mln. barel azalda bilər

"OPEC+" avqustda gündəlik neft hasilatını 8,2 mln. barel azalda bilər
# 16 iyul 2020 09:54 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatının azaldılması üzrə təmin edilməmiş həcmləri kompensasiya etmək üçün avqust ayında gündəlik istehsal 8,2 mln. barel endirilməlidir.

"APA-Economics"in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının Energetika naziri Abdel Əziz bin Salman deyib.

"Düşünürəm ki, avqust ayında effektiv kvota 8,2 mln. barel təşkil edəcək", - deyə nazir bildirib.

Bu həcm iyun ayı üzrə təmin edilməmiş azalmanı nəzərdə tutmur. Öhdəliklərini tam təmin etməyən ölkələr həcmlərin kompensasiya etməsi üzrə qrafiki təqdim etdikdən sonra bu həcm artacaq.

Qeyd edək ki, öhdəliklərini təmin etməyən ölkələr hasilatın azaldılması üzrə qrafiki iyulun axırına kimi təqdim etməlidirlər.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR