OPEC beynəlxalq seminarını təxirə salıb

OPEC beynəlxalq seminarını təxirə salıb
# 24 fevral 2021 14:59 (UTC +04:00)

OPEC koronavirus pandemiyası ilə əlaqədar (səyahət məhdudiyyətləri və təcrid tədbirləri) 2021-ci ilin iyununda keçirilməsi planlaşdırılan 8-ci beynəlxalq seminarını 2022-ci ilin yayına təxirə salıb.

"APA-Economics"in OPEC-ə istinadən verdiyi məlumata görə, əvvəlcə keçirilməsi 16-17 iyun tarixlərinə planlaşdırılan seminar təxirə salınıb və artıq 29-30 iyun 2022-ci il tarixlərində baş tutacaq.

Məlumata görə, tədbir Vyanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR