OPEC builki qlobal gündəlik neft tələbatı üzrə proqnozunu endirib

OPEC builki qlobal gündəlik neft tələbatı üzrə proqnozunu endirib
  • Clock-gray 17:56
  • calendar-gray 11 Fevral 2021

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün gündəlik qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,8 mln. barel təşkil edəcək və beləliklə, bu il sözügedən göstərici 96,1 mln. barel səviyyəsində olacaq.

Hesabata əsasən, proqnozun endirilməsi əsasən inkişaf etmiş ölkələrdə gözləntilərin pisləşməsi ilə əlaqədardır. Bir sıra ölkədə məhdudlaşdırıcı tədbirlərin uzadılması və yeni lokdaunların tətbiqi 2021-ci ilin birinci yarısı üçün tələbat üzrə qiymətləndirmələrin yenidən baxılmasına səbəb olub.

Hesabata qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,3 mln. barel olub, bu da illik müqayisədə 9,7% azdır.

Emil İsmayılov

Digər xəbərlər