"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən 2,3 mln. barel daha çox neft hasil edilib

"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən 2,3 mln. barel daha çox neft hasil edilib
# 17 sentyabr 2020 12:02 (UTC +04:00)

"OPEC+" sazişi çərçivəsində öhdəliklərini sonadək yerinə yetirməyən ölkələr may ayından avqust ayınadək razılaşdırılmış gündəlik səviyyədən 2,375 mln. barel daha çox neft hasil edib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, öhdəliklərini ən pis icra edən İraq olub. Bu ölkə razılaşdırılan səviyyədən gündəlik 698 min barel daha çox neft hasil edib.

Qeyd edək ki, sentyabrın 17-də "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Nazirlərinin Monitorinq Komitəsinin iclası (JMMC) keçiriləcək.

Xatırladaq ki, avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 669,1 min barel olub. Bu, Azərbaycanın "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirilməsi deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR