"OPEC+" görüşünün başlanacağı vaxt müəyyənləşib

"OPEC+" görüşünün başlanacağı vaxt müəyyənləşib
  • Clock-gray 12:52
  • calendar-gray 07 Aprel 2020

"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib.

Bu barədə "APA-Economics" Rusiyanın "Interfax" agentliyinə istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-da təyin edilib.

Azərbaycanda da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date