"OPEC+" hasilatın gündəlik 1 mln. barel azaldılması qərarını uzada bilər

"OPEC+" hasilatın gündəlik 1 mln. barel azaldılması qərarını uzada bilər
# 04 mart 2021 18:55 (UTC +04:00)

"OPEC+" ölkələrinin nazirləri Səudiyyə Ərəbistanının fevral-mart aylarında boynuna götürdüyü neft hasilatındakı əlavə gündəlik 1 mln. barel azaldılmasının aprel ayında da uzadılmasını müzakirə edirlər.

APA-Economics”in TASS-a istinadən məlumatına görə, eyni zamanda, OPEC-dəki mənbə bildirib ki, Rusiya hasilatını az da olsa, artıra bilər.

“Səudiyyəlilər azaldılmanı gündəlik 1 mln. barelə qədər uzadacaq”, - deyən mənbə əlavə edib ki, Rusiya “hasilatı bir az artıra biləcək”.

Qeyd olunub ki, aprel ayında fəaliyyət variantları ilə bağlı müzakirələr hələ də davam edir və bu ssenari hələ əsas deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR