OPEC-in neft gəlirləri 2002-ci ildən ən aşağı səviyyəyə düşə bilər

OPEC-in neft gəlirləri 2002-ci ildən ən aşağı səviyyəyə düşə bilər
# 04 noyabr 2020 11:54 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvlərinin 2020-ci ildə neft ixracından əldə edəcəyi xalis gəlirin təxminən 323 mlrd. ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

"APA-Economics"in EIA-yə istinadən verdiyi məlumata görə, sözügedən göstərici qeydə alınsa, bu, son 18 ildə verilən ən aşağı proqnoz olacaq.

"Xam neftə olan qiymətlərin və ixrac həcmlərinin aşağı səviyyədə olması ixrac gəlirlərində gözlənilən azalmaya səbəb olur", - məlumatda deyilir.

Məlumatda həmçinin vurğulanır ki, neftin ucuzlaşması yeni növ koronavirusun (COVID-19) yayılması ilə bağlı neft məhsullarına olan tələbatın azalması nəticəsində baş verib.

Ötən il OPEC ölkələrinin neft ixracından əldə etdiyi xalis gəlir 595 mlrd. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR