"OPEC+" mövcud neft hasilatı üzrə kvotaların uzadılmasını müzakirə edir

"OPEC+" mövcud neft hasilatı üzrə kvotaların uzadılmasını müzakirə edir
# 30 noyabr 2020 14:59 (UTC +04:00)

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri 2021-ci ilin I rübü və hətta dörd ay üçün hazırda tətbiq olunan hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin vaxtının və bu məhdudiyyətlərin yanvar ayından etibarən tədricən azaldılması variantını müzakirə edir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" adları açıqlanmayan mənbələrə istinadən xəbər verir.

Məlumata görə, Rusiya məhdudiyyətlərin yanvar ayından etibarən tədricən azaldılması variantını dəstəkləyir.

Qeyd edək ki, 30 noyabr və 1 dekabr tarixlərində bir sıra "OPEC+" ölkələri nazirlər səviyyəsində bir neçə iclas keçirəcək, nəticədə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barədə qərar verilməlidir. Aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR