"OPEC+" nazirləri İraq və Nigeriyanın hasilatın azaldılmasının sürətləndirməsinə nail olmaq niyyətindədir

"OPEC+" nazirləri İraq və Nigeriyanın hasilatın azaldılmasının sürətləndirməsinə nail olmaq niyyətindədir
# 05 iyun 2020 15:02 (UTC +04:00)

Sabah, iyunun 6-da keçiriləcək "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkələri nazirlərinin iclasının gündəliyinə yalnız neft hasilatının maksimum azaldılmasının 1-2 ay uzadılması məsələsi deyil, həm də İraq və Nigeriyanın hasilatın azaldılması üzrə öhdəliklərinin tam yerinə yetirilməsi məsələsi də daxildir.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS-a danışıqlarda iştirak edən mənbə bildirib.

Bununla yanaşı, mənbənin sözlərinə görə, iclas zamanı nazirlər gələcək görüşün tarixini də müzakirə edəcəklər.

Qeyd edək ki, sabah OPEC nazirləri video-formatda keçiriləcək iclasa Bakı vaxtı ilə saat 16:00-da başlayacaq, daha sonra, saat 18:00-da OPEC-a üzv olmayan, lakin "OPEC+" çərçivəsində Vyana Sazişində iştirak edən ölkələrin nazirləri də bu tədbirə qoşulmalıdır. Daha əvvəl bildirilirdi ki, Rusiya və Səudiyyə Ərəbistanı mövcud azalma səviyyəsini ən azı bir aya uzatmaq barədə əvvəlcədən razılığa gəliblər.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR