"OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası dekabrın 16-da keçiriləcək

"OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası dekabrın 16-da keçiriləcək
  • Clock-gray 18:10
  • calendar-gray 11 Dekabr 2020

"OPEC+"un nazirlərinin monitorinq komitəsinin (JMMC) növbəti iclası dekabrın 16-da keçiriləcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Qeyd edək ki, gələn ilin yanvarın 4-ə "OPEC+" nazirlərinin növbəti görüşü keçiriləcək.

Xatırladaq ki, dekabrın 3-ə OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.

Emil İsmayılov

Digər xəbərlər