"OPEC+" neft hasilatını tədricən bərpa etmək niyyətindədir

"OPEC+" neft hasilatını tədricən bərpa etmək niyyətindədir
# 03 dekabr 2020 10:09 (UTC +04:00)

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri hazırda 2021-ci ilin əvvəlindən tətbiq olunacaq hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin bir neçə ay ərzində tədricən azaldılması məsələsini müzakirə edir.

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə "Bloomberg"' öz mənbəyinə istinadən bildirir.

Buna baxmayaraq, mənbə məhdudiyyətlərin azaldılmasının şərtlərini və parametrlərini açıqlamayıb.

Qeyd edək ki, 30 noyabr və 1 dekabr tarixlərində bir sıra "OPEC+" ölkələri nazirlər səviyyəsində bir neçə iclas keçirəcək, nəticədə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barədə qərar verilməlidir. Aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR