OPEC+ neft hasilatının azalmasını bir ay uzadıb - YENİLƏNİB

OPEC+ neft hasilatının azalmasını bir ay uzadıb - YENİLƏNİB
  • Clock-gray 19:18
  • calendar-gray 06 İyun 2020

OPEC+ ölkələri nazirlərinin onlayn görüşü başa çatıb.

APA-nın xəbərinə görə, iclasda hasilatın azaldılmasının bir ay - yəni, iyul ayının axırına qədər uzadılması barədə razılığa gəlinib. 

***

18:40

Bu gün OPEC+ iclasının yekun kommunikesinə əsasən, OPEC+ ölkələri bu günki görüşdə böyük ehtimalla hasilatın azaldılmasının bir ay, yəni iyul ayının axırına qədər uzadılması barədə razılığa gələcəklər.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, OPEC+ hasilatı aprel ayında təsdiqlənmiş plana əsasən 100% azaltmayan ölkələrə (İraq və Nigeriya) iyul - sentyabr aylarında öhdəliklərini tam şəkildə yerinə yetirmələrini tapşıracaq.

Sənədə əsasən, iclasda iştirak edən ölkələr əvvəlki öhdəliklərini təsdiqləyir, həmçinin bütün əsas neft istehsalçılarını OPEC və sazişdə iştirak edən digər ölkələrin səylərini nəzərə alaraq neft bazarının sabitləşməsinə mütənasib töhfə verməyə çağırır.

OPEC-də olan iki mənbə azalmanın bir aylıq uzadılmasına razı olduqlarını söyləyib. 

Mirsəid İbrahimzadə

Digər xəbərlər