OPEC neft obyektlərinə edilən hücumları qınayıb

OPEC neft obyektlərinə edilən hücumları qınayıb
# 25 noyabr 2020 10:10 (UTC +04:00)

"Enerji mənbələri bütövlükdə qlobal iqtisadiyyat üçün əhəmiyyətli rol oynayır və bu sahəyə edilən təcavüz qlobal neft tədarükü proseslərinin pozulmasına gətirəcək".

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin enerji naziri, OPEC Konfransının Prezidenti Abdelmajid Attar "Ənsar Allah" üsyançılar hərəkatı (husilər) tərəfindən "Saudi Aramco"nun Ciddə şəhərində yerləşən yanacaq rezervuarına endirilən raket zərbəsini şərh edərək deyib.

Ə. Attar tələb və təklifin təhlükəsizliyinin, dünya bazarlarına enerji tədarükünün sərbəst qalmasının və heç bir şəkildə məhdudlaşdırılmamasının vacibliyini qeyd edib.

Bununla yanaşı, Ə. Attar hər hansı bir OPEC ölkəsində neft obyektlərinə edilən hücumları qınayıb.

Xatırladaq ki, noyabrın 23-də "Ənsar Allah" üsyançılar hərəkatı (husilər) Ciddə şəhərində "Saudi Aramco" şirkətinin neft obyektinə raket hücumunun apardığını bildirib. Bununla yanaşı, husilər krallıqda fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam etdiklərinə görə ehtiyatlı olmağı tövsiyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR