OPEC ölkələri fevralda "OPEC+" öhdəliklərini 122% yerinə yetirib

OPEC ölkələri fevralda "OPEC+" öhdəliklərini 122% yerinə yetirib
# 11 mart 2021 18:16 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin fevral ayında gündəlik neft istehsalını 647 min barel artıraraq 24,85 mln. barelə çatdırıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 122% (yanvarda 108%) yerinə yetirib.

Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, fevral ayında razılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 21 mln. barel təşkil edib (plan göstərici isə 22,1 mln. barel təşkil edir). OPEC "onluğu" yanvarda bazardan gündəlik 5,66 mln. tonun əvəzinə 4,56 mln. barel artıq neft uzaqlaşdıra bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR