"OPEC+" ölkələri neft hasilatını könüllü olaraq əlavə 1,4 mlrd. bareldən çox azaldacaq

"OPEC+" ölkələri neft hasilatını könüllü olaraq əlavə 1,4 mlrd. bareldən çox azaldacaq
# 06 yanvar 2021 10:21 (UTC +04:00)

Bir sıra "OPEC+" razılaşması ölkəsi 2021-ci ilin fevral-mart aylarında gündəlik neft hasilatını könüllü olaraq 425 min barel azaldacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Abdel Əziz bin Salman deyib.

Onun sözlərinə görə, bununla da "OPEC+" razılaşması ölkələri üzrə könüllü azalma 1,425 mlrd. barel təşkil edəcək.

Nazir onu qeyd edib ki, göstərilən dövr ərzində Krallıq könüllü şəkildə neft hasilatını əlavə 1 mlrd. barel azaldacaq.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,5 mln. barel təşkil edəcək.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlayacaq.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barel artırılması, "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR