OPEC qlobal neft tələbatı üzrə proqnozunu yenidən artırıb

OPEC qlobal neft tələbatı üzrə proqnozunu yenidən artırıb
# 13 aprel 2021 16:43 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu artırıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,95 mln. barel təşkil edəcək (öncəki proqnoz – 5,89 mln. barel). Beləliklə, bu il sözügedən göstərici 96,46 mln. barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 0,19 mln. barel çoxdur.

Hesabata qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,51 mln. barel olub, bu da illik müqayisədə 9,48% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR