"OPEC+" sazişinin əsas iştirakçılarından biri neft ixracını 11% azaldıb

"OPEC+" sazişinin əsas iştirakçılarından biri neft ixracını 11% azaldıb
# 10 dekabr 2020 16:42 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Rusiya 199,86 mln. ton neft ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 11 %azdır.

"APA-Economics"ın Rusiya Federal Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, Rusiyanın yanvar-oktyabr aylarında ixrac etdiyi neftin dəyəri 60,33 mlrd. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 41,1% azdır.

Qeyd edək ki, Rusiya "OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) razılaşmasının ən vacib iştirakçılarından biridir. Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu. Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin dekabr ayında keçirilmiş 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR