"OPEC+" tətbiq olunan hasilatın azaldılması üzrə məhdudiyyətləri uzatmağa meyllidir

"OPEC+" tətbiq olunan hasilatın azaldılması üzrə məhdudiyyətləri uzatmağa meyllidir
  • Clock-gray 13:53
  • calendar-gray 03 Dekabr 2020

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu gün keçiriləcək nazirlərin iclasından sonra çox güman ki, 2021-ci ildə hazırda tətbiq olunan hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin vaxtının artırılması və sonradan tədricən azaldılması qərarını verəcək.

"APA-Economics"in məlumata görə, bu barədə "Reuters" mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, alyans iştirakçıları məhz bu qərara meyllidir.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Emil İsmayılov

Digər xəbərlər