Oman OPEC+ çərçivəsində razılaşmanın uzadılmasını tövsiyə edəcək

Oman OPEC+ çərçivəsində razılaşmanın uzadılmasını tövsiyə edəcək
# 04 dekabr 2019 16:47 (UTC +04:00)

Oman Sultanlığının nümayəndə heyəti bu həftə Vyanada təşkil olunacaq aparıcı neft istehsalçıları ilə danışıqlar zamanı OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair əldə edilən razılaşmanın 2020-ci ilin sonunadək uzadılmasını tövsiyə edəcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Omanın Neft naziri Məhəmməh ər-Rumhi deyib.

“Əminəm ki, onlar (danışıqlar iştirakçıları – red.) düzgün qərar verəcəklər”, - deyə M. ər-Rumhi qeyd edib.

Qeyd edək ki, cümə axşamı və cümə günü Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ kimi tanınan tərəfdaşları (o cümlədən Azərbaycan və Rusiya – red.) Vyanada bir araya gələcəklər. OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə artıq səfər edib. Nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada OPEC+ nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR