Ötən ay Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib

Ötən ay Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib
  • Clock-gray 11:10
  • calendar-gray 11 Dekabr 2019

Bu ilin noyabr ayında Gürcüstan Azərbaycandan 1,9 min ton həcmində neft bitumu idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında məlumat verilib.

Bu göstərici noyabrda Gürcüstan ümumi neft bitumu idxalının 14,3%-ni təşkil edib. Hesabat dövründə Gürcüstan ümumilikdə 13,3 min ton neft bitumu idxal edib ki, bu da əvvəlki ayla müqayisədə 6,5 min ton və ya 32,8% azdır.

Noyabrda Gürcüstanın neft bitumu idxalının 72,9%-i (9,7 min tonu) İranın payına düşüb ki, bu da ölkələr üzrə ən yüksək göstəricidir.

Səid Babazadə

Digər xəbərlər