"Petkim" gəlirliyini 21% artırıb

"Petkim" gəlirliyini 21% artırıb
  • Clock-gray 11:19
  • calendar-gray 03 Mart 2021

Pandemiya dövründə Türkiyədə ehtiyac duyulan məhsulların istehsalını artıran "Petkim" neft-kimya kompleksinin 2020-ci il üzrə ümumi gəlirində daxili satışların payı 67%-ə çatıb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, "Petkim" qlobal bazarlarda baş verən bütün çətinliklərə və məhsul portfelindəki məhsulların orta qiymətinin azalmasına baxmayaraq, əməliyyat gəlirliliyini 2019-cu illə müqayisədə 21% artırmağa müvəffəq olub.

Məlumata görə, Türkiyənin ən böyük sənaye holdinqi "SOCAR Türkiyə"nin törəmə şirkəti olan "Petkim" qlobal pandemiyaya görə üzləşdiyi çətinliklərə və portfelindəki məhsulların qiymətinin dollar ifadəsində orta hesabla 20% azalmasına baxmayaraq, 2020-ci ildə gəlirlərini  əvvəlki ilə nisbətən 21% artıraraq 1,9 mlrd. lirəyə çatdırıb.

"Bu uğurun qazanılmasına məhsuldarlıq, rəqəmsallaşma, məzənnə və faiz riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması, dövriyyə kapitalının effektiv idarəçiliyi və "Star" NEZ-lə istehsalın inteqrasiyası mühüm təsir göstərib", - məlumatda deyilir.

"Petkim"in əldə edilən maliyyə uğurlarında "Star" NEZ-lə inteqrasiyalı istehsalın həyata keçirilməsi ilə yanaşı, məhsuldarlıq və rəqəmsallaşma istiqamətində atılan addımların da böyük təsiri olub. Faiz və məzənnə riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması və əməliyyat xərclərinin optimallaşdırılması da əldə etdiyimiz nəticələrə müsbət təsir göstərdi. İstehsal prosesinin təkmilləşdirilməsi və effektiv xidmət proqramlarının icra olunması nəticəsində iş günlərimizin sayı maksimuma çatıb. Bu addımlar 2020-ci ildə xalis mənfəəti 14% artıraraq 1,1 mlrd. lirəyə, əməliyyat gəlirliyini isə 1,9 mlrd. lirəyə çatmasında mühüm rol oynayıb.

Emil İsmayılov

Digər xəbərlər