Peyvəndlər neftin qiymətini 60 dollara yüksəldə bilər

Peyvəndlər neftin qiymətini 60 dollara yüksəldə bilər
# 12 dekabr 2020 10:58 (UTC +04:00)

Mart ayından bəri ilk dəfə olaraq "Brent" markalı neftin bir barelinin qiymətinin 50 ABŞ dollarından yuxarı qalxmasının əsas hərəkətverici qüvvəsi COVID-19-a qarşı peyvəndlərin tətbiqi oldu. Gələn il qiymətlərin 60 dollar səviyyəsinə çatacağı istisna edilmir.

"APA-Economics"in məlumatına görə, bu barədə "İzvestiya"ya sahə ekspertləri bildirib.

ABŞ-ın Qida və Dərman İdarəsinin (FDA) Peyvəndlər və Əlaqəli Bioloji Məsləhət Komitəsi FDA-ya ABŞ-da "Pfizer" və "BioNTech"in COVID-19-a qarşı peyvəndlərinin təcili istifadəsini təsdiqləmyi tövsiyə edib.

Bazarların buna reaksiyası özünü çox gözlətmədi. Belə ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 4,42% artaraq 51,02 dollara, WTI-nin yanvar fyuçerslərinin qiməti isə 4,7% artaraq 47,66 dollara yüksəldi.

"Raiffeisenbank"ın analitiki Andrey Polişuk 2021-ci ildə neftin qiymətinin 60 dollar olacağını düşünür. Çox güman ki, bu, gələn ilin ikinci yarısında, peyvəndlərin istifadəsindən ilk təsirin meydana çıxdığı zaman baş verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR