"Qarabağ" yatağının potensialı 60 milyon tondan çoxdur

"Qarabağ" yatağının potensialı 60 milyon tondan çoxdur
  • Clock-gray 12:30
  • calendar-gray 11 Avqust 2020

"Qarabağ" yatağının ümumi həcmi 60 milyon tondan çox nəzərdə tutulur.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında"Qarabağ" əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov deyib.

Onun sözlərinə görə, çıxarıla biləcək neft 21 milyon tondan artıq olacağı nəzərdə tutulur, çıxarıla biləcək qaz isə 13 milyard kub metr olaraq planlaşdırılır.

"Platformadan 6 neft quyusu qazılacaq, 3 su vurma quyusu və 2 su altı qaz quyusunun qazılması planlaşdırılır",- deyə A. Qurbanov qeyd edib.

O həmçinin əlavə edib ki, yatağın 5 min tondan çox günlük neft hasilatı və maksimum 4,5 milyon kubmetr qaz hasilatı nəzərdə tutulur.

Hüseyn Vəliyev

Digər xəbərlər