Qazaxıstan Çinə neft ixracını dayandırıb

Qazaxıstan Çinə neft ixracını dayandırıb
  • Clock-gray 19:31
  • calendar-gray 22 Yanvar 2020

Qazaxıstan neftinin Çinə ixracı neftin keyfiyyətini yoxlama zamanı orqanoxlor birləşmələrinin normadan çox olması səbəbi ilə dayandırılıb.

"APA-Economics"in Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstanın Çinə neft ixracının bərpa edilməsi, Qazaxıstan-Çin birgə müəssisəsi olan “CNPC-Aktobemunayqaz”dan göndərilən neftin keyfiyyəti ilə bağlı məsələlərin həll olunmasından sonra gözlənilir.

Qeyd edək ki, ixrac planı 34,6 min ton idi. İndiki azalma isə 30,9 min ton təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date