Qazaxıstan Rusiyaya neftin nəqlini bərpa edib

Qazaxıstan Rusiyaya neftin nəqlini bərpa edib
# 12 yanvar 2021 14:20 (UTC +04:00)

Qazaxıstanın milli operatoru "Kaztransoil" Uzen-Atırau-Samara magistral boru kəmərinin Atırau-Samara hissəsində müvafiq texnoloji rejimlərdə neft nəqlini bərpa edib.

"APA-Economics"in "Kaztransoil"ə istinadən verdiyi məlumata görə, neftin nəqli Qazaxıstan ərazisində elektrik enerjisi tədarükünün sabitləşməsindən sonra plan göstəricilərinə uyğun olaraq bərpa olunub.

Qeyd edilir ki, Qazaxıstanın şimalındakı iki bölgədə enerji təchizatı ilə əlaqədar problemlər olması səbəbindən birinci günün səhər saatlarından sözügedən istiqamət üzrə Rusiyaya neftin nəqli dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR