Qazaxıstan bu il 85 mln. ton neft hasil etmək niyyətindədir

Qazaxıstan bu il 85 mln. ton neft hasil etmək niyyətindədir
# 13 oktyabr 2020 12:50 (UTC +04:00)

Yenilənmiş plana əsasən, Qazaxıstanda bu il neft hasilatının həcmi 85 mln. ton təşkil edəcək.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu hökumətin iclasında çıxış edən Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov deyib.

"Faktiki qiymətlər nəzərə alınmaqla, proqnozlaşdırılan neftin bir barelinin qiymətinin 20 dollardan 40 dollaradək artırılması təklif olunur. Yanvar-sentyabr aylarında neftin orta qiyməti 42 dollara bərabər idi. Yenidən işlənmiş plan çərçivəsində neft hasilatının builki həcmi 85 mln. ton təşkil edəcək", - nazir bildirib.

Bundan əvvəl, "OPEC+"ın qərarına əsasən, Qazaxıstanda 2020-ci il üzrə neft hasilatı proqnozu 85,2 mln. ton idi. 2019-cu ildə ölkədə neft hasilatının həcmi 90,5 mln. ton təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında isə Qazaxıstanda 64,7 mln. ton neft hasil edilib.

R. Dalenov onu da əlavə edib ki, Qazaxıstan iqtisadiyyatının bu il 2,1% azalacağı proqnozlaşdırılır: "Beynəlxalq maliyyə qurumları 2020-ci ildə Qazaxıstan iqtisadiyyatının 2-2,3% azalacağını, sonrakı illərdə isə artımını proqnozlaşdırır. İqtisadiyyat sektorlarındakı mövcud tendensiyaları nəzərə alaraq, 2020-ci ildə ölkədə ÜDM istehsalının -2,1% azalacağını gözləyirik".

Nazir onu da qeyd edib ki, 2020-ci ildə ölkədə inflyasiyanın səviyyəsi 8% olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2019-cu ildə Qazaxıstan ÜDM-i 4,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR