"Qazprom" Avropaya qazın nəqli ilə bağlı Türkiyə ilə danışıqlar aparır

"Qazprom" Avropaya qazın nəqli ilə bağlı Türkiyə ilə danışıqlar aparır
# 23 dekabr 2020 10:27 (UTC +04:00)

"Qazprom" türk ortaqları ilə "Türk axını" ixrac qaz kəmərinin Avropa bazarına qazın tədarükü üçün nə dərəcədə istifadə edilə biləcəyini müzakirə edir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Qazprom Export"un baş direktoru Yelena Burmistrova deyib.

"İndi Türkiyədəki həmkarlarımızla bu mövzuda danışıqlar aparırıq", - deyə Y. Burmistrova qeyd edib.

Bundan əvvəl Y. Burmistrova ölkədə qaza olan tələbat azalarsa, "Qazprom"un qaz həcmlərinin bir hissəsini Türkiyə bazarından Avropaya yönəltməyi məsələsinə baxıla biləcəyini demişdi.

"Türk axını" kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR