"Qazprom": Yayda Avropada qaza əlavə tələbat yaranacaq

"Qazprom": Yayda Avropada qaza əlavə tələbat yaranacaq
# 03 mart 2021 17:34 (UTC +04:00)

Avropada yerləşən yeraltı qaz anbarlarından bu ilin martın 1-ə artıq 59 mlrd. kubmetr qaz çıxarılıb, bu da qışa hazırlıq çərçivəsində anbarlara vurulan qazın həcmindən 41,5% çoxdur.

"APA-Economics"in xəbərinə görə, bu barədə Rusiya mətbuatı "Qazprom" şirkətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, martın 1-ə olan göstəriciyə əsasən, hazırda Avropadakı yeraltı qaz anbarlarının dolum səviyyəsi 36%-dən aşağıdır.

"Qazprom"un proqnozuna görə, qışın bitməsinə baxmayaraq, anbarlardan qazın çıxarılması hələ bir ay davam edəcək ki, bu da yayda qazvurma mövsümü zamanı Avropada qaza əlavə tələbat yaranacağını indidən söyləməyə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR