"Qazprom" ilin əvvəlindən qaz ixracını kəskin artırıb

"Qazprom" ilin əvvəlindən qaz ixracını kəskin artırıb
# 15 yanvar 2021 14:51 (UTC +04:00)

Bu ilin 1-15 yanvar tarixlərində Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 9,1 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, qaz alışı xüsusən Almaniya (32,1%), İtaliya (139,7%), Türkiyə (8,7%), Avstriya (11,7%), Fransa (% 51,6), Niderland (21,2%), Polşa (62,6%) və Macarıstan (298,4%) kimi iri Rusiya "mavi yanacağ"ın istehlakçıları tərəfindən artırılıb.

Qeyd edək ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə gərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR