"Qazprom neft" 2021-ci ilin ikinci yarısında neftə olan tələbatın bərpasını gözləyir

"Qazprom neft" 2021-ci ilin ikinci yarısında neftə olan tələbatın bərpasını gözləyir
# 23 sentyabr 2020 12:59 (UTC +04:00)

Pandemiyanın qlobal neft tələbatına mənfi təsiri davam edir. İstehlakın bərpası gələn ilin ikinci yarısında baş verə bilər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Tümen Neft-Qaz Forumunda çıxış edən "Qazprom neft" şirkətinin rəhbəri Aleksandr Dyukov deyib.

"Tələbatın bərpasında yavaşlama müşahidə edirik. Əlbəttə, əsas səbəb ondan ibarətdir ki, pandemiya hələ heç yerə getməyib. Bir çox ölkə ikinci dalğa ilə ya artıq qarşılaşıb, ya da ya gözləyir. Lakin əminik ki, bundan öncə əsasən Avropa ölkələrində tətbiq olunan sərt karantin tədbirləri olmayacaq. Gələn ilin ikinci yarısında 2019-cu ilin istehlak həcminə çatacağımıza ümid edə bilərik", - deyə A. Dyukov bildirib.

Pandemiyanın və "OPEC+" razılaşmasının "Qazprom neft"in istehsalat fəaliyyətinə təsirinə gəlincə, Dyukov qeyd edib ki, şirkət "OPEC+" razılaşmasından sonra hasilatı itkisiz bərpa edəcək, lakin hasilatın azalması investisiyalara təsir göstərə bilər.

A. Dyukov əlavə edib ki, neft sənayesindəki vergi yükünün artması bütün sənayenin sərmayələri və istehsal həcmlərinə mənfi təsir göstərəcək.

Onun sözlərinə görə, şirkət neft sənayesində vergi yükünün artması ilə paralel olaraq neft-kimya məhsulları üçün güzəştlərin verilməsini uyğunsuz hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR